...

Daşkəsənin mərkəzinə 40 santimetr qar yağıb, yollar təmizlənir - RİH başçısının müavini

Cəmiyyət Materials 12 Mart 2021 10:52 (UTC +04:00)
Daşkəsənin mərkəzinə 40 santimetr qar yağıb, yollar təmizlənir - RİH başçısının müavini

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gündən etibarən Daşkəsənin mərkəzinə yağan qarın hündürlüyü artıq 30-40 santimetrə çatıb.

Bu barədə Trend-ə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov deyib. Onun sözlərinə görə, güclü qar hələ də yağmağa davam edir:

“Qarın yağmasına baxmayaraq qabaqlayıcı tədbirlər sayəsində kommunal xidmətlərdə heç bir problemlər müşahidə olunmur. Əhaliyə işıq, qaz və suyun verilməsi davam etdirilir. O cümlədən əsas yollarda qabaqlayıcı tədbirlər görülüb. Texnikaların köməyi ilə yol qardan təmizlənib, qum səpilib. Hazırda kəndlərdə də texnikalar işləyir, yollarda gediş-gəliş təmin olunur”.

V.Məmmədov bildirib ki, dağlıq kəndlərdə qar daha çox yağıb:

“Elə kəndlər var ki, onlar 2 min metr hündürlükdə yerləşirlər, orada qar daha çox yağıb. Bunlar Xoşbulaq, Alaxançallı, Əmirbaş, Gurbulaq, Qazaxyolçular və digər kəndlərdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti