...

Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

Cəmiyyət Materials 27 Aprel 2021 12:49 (UTC +04:00)
Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Hər birimiz insanların vaksinasiyaya cəlb olunması istiqamətində aparılan maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda yaşı 40-dan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda yaşı 40-dan aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti