...

"Space" kanalına yeni rəhbər təyin olunub

Cəmiyyət Materials 5 May 2021 12:21 (UTC +04:00)
"Space" kanalına yeni rəhbər təyin olunub

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Trend-in məlumatına görə, kanala rəhbər vəzifəsi Ülviyyə Mikayılovaya tapşırılıb.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub. O, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti