...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Cəmiyyət Materials 8 May 2021 16:37 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 856 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5568, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29288 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1661772, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1001968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 659804 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti