...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 9 May 2021 17:24 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 625 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21915 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1687397, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1005678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 681719 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti