...

DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq

Cəmiyyət Materials 16 May 2021 09:57 (UTC +04:00)
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzində (DİM) 2021-ci il mayın 15-də TOEFL iBT imtahanları keçirilib.

Trend-in məlumatına görə, imtahanlar iki növbədə DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

Günün birinci yarısında keçirilən imtahanda 8, ikinci yarısında keçirilən imtahanda isə 12 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının mayın 22-də keçirilməsi nəzərdə tutulur.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti