...

Türkiyəli jurnalist Fulya Öztürk “YAŞAT” xeyriyyə marafonuna dəstəyini ifadə edib

Cəmiyyət Materials 25 May 2021 22:34 (UTC +04:00)
Türkiyəli jurnalist Fulya Öztürk “YAŞAT” xeyriyyə marafonuna dəstəyini ifadə edib

Bakı. Trend:

Ermənistanın Azərbaycanda, Qarabağda törətdiyi zülmlərin, qətliamın şahidi olmuşam. Ən əsası isə Azərbaycan əsgərlərinin bu böyük Zəfər üçün qəhrəmancasına mübarizə apardıqlarını gözlərimlə görmüşəm.

Trend xəbər verir ki, bu fikirləri türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fülya Öztürk Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonu barədə danışarkən söyləyib.

“YAŞAT” marafonuna dəstəyini ifadə edən türkiyəli jurnalist xeyirxah insanları bu təşəbbüsə qoşulmağa çağıraraq deyib: “Şəhid ailələrini, qazilərimizi, əsgərlərimizi unutmamalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti