Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb - Kamaləddin Qafarov

Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb - Kamaləddin Qafarov

Bakı. Trend:

“COVİD-19-a qarşı vaksinasiya mövzusunda danışarkən, ilk növbədə, bir həqiqəti etiraf etməliyik ki, bu gün dünyada vaksin preparatlarının bölüşdürülməsi məsələsində ədalətlilik prinsipi tam tətbiq olunmur. Buna görə də iqtisadi qüdrəti nisbətən zəif olan ölkələr öz əhalisini vaksinlərlə təmin edə bilmirlər. Belə bir mürəkkəb beynəlxalq vəziyyətdə Azərbaycana tələb olunan effektiv, keyfiyyətli və təhlükəsiz vaksinlərin vaxtında, kifayət qədər və hətta insanlarımıza istehsalçı şirkətlər arasında seçim edə bilmək imkanı verməklə gətirilməsi böyük nailiyyətdir və bu nailiyyət bütünlüklə Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, iradəsi və ciddi səyləri sayəsində əldə olunub. Azərbaycanın dünyaya təqdim etdiyi pandemiya ilə mübarizə modeli artıq neçə müddətdir ki, ən optimal variant olaraq qalmaqdadır.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, ölkəmiz COVİD-19 əleyhinə keyfiyyətli və təhlükəsiz vaksinlərin vaxtında gətirilməsi Azərbaycan dövlətinin pandemiya ilə ümumi mübarizə strategiyasının əsas tərkib hissəsidir: “Qeyd etmək lazımdır ki, Azərbaycanın immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən reallaşan zəruri tədbirlər yüksək effektivliklə həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsindən sonra daha mütəşəkkil formada həyata keçirilir.

Bu strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir. Azərbaycan dövləti hər zaman olduğu kimi, ölkədə pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi məsələsində də ilk növbədə ümummilli maraqlardan çıxış edib və yaranmış vəziyyətdə insan sağlamlığı faktoru əsas prioritet elan olunub. Dünyada pandemiya ilə bağlı gedən proseslərin müşahidəsi göstərdi ki, zamanında Azərbaycanda xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi dünya ölkələrində olan faciəvi sonluqların ölkəmizdə yaşanmasının qarşısını aldı. Hətta pandemiyaya qədər dünyada qabaqcıl səhiyyə sisteminə malik olduğu hesab edilən bir çox ölkələr çətin durumda qaldığı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları fəlakət həddinə çatdığı vaxtlarda Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə bir çox modul tipli xəstəxanalar inşa edildi ki, onların da istifadəyə verilməsi ölkə üzrə ümumilikdə xəstəxanalarda çarpayı ehtiyatını artırmağa əhəmiyyətli kömək oldu. Möhtərəm Prezidentimiz hələ 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda demişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.”

Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.”

Kamaləddin Qafarov ölkəmizdə koronavirusla mübarizə tədbirlərinin ən yüksək səviyyədə aparılmasına rəğmən pandemiyaya tam qalib gəlmək üçün kütləvi peyvənd olunmağın yenə də zəruri şərt olaraq qaldığını da vurğulayıb. Millət vəkili bildirib ki, özümüzün və yaxınlarımızın həyat və sağlamlıqlarını ən təminatlı şəkildə qorymaq üçün peyvənd olunmaq mütləq lazımdır: “Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz və ən effektiv vasitədir. İnsanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir. Nəzərə almaq lazımdır ki, yalnız artıq bir dəfə bu xəstəliyə yoluxmuş və bir də peyvən olunmuş insanlarda lazım olan immunitet yaranır. Əks halda isə hətta gənc və tam sağlam insanlar da xəstələnə və ən pis halda həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur.”

K.Qafarov vaksinasiyanın cəmiyyətimizin yenidən normal həyata dönə bilməsi və yaranmış iqtisadi çətinliklərin aradan qaldırılması üçün də olduqca önəmli olduğunu xüsusi qeyd edib: “Bu gün COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya haqlı olaraq “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilir. Etiraf olunmalıdır ki, pandemiya Azərbaycanda da təhsil sisteminə hiss edilə biləcək neqativ təsirlər göstərmişdir. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Eyni sözləri iqtisadi sahəyə də aid etmək olar. Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısı alın bilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və digər sahələrdə böyük iqtisadi itkilər yaşanmaqdadır və bütün dünyada milyonlarla insan iş yerini itirib. Həmçinin kütləvi vaksinasiya ölkənin mədəni həyatını da canlandıracaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Həm də nəzərə almaq lazımdır ki, dünya səhiyyəsinin tarixində bəşəriyyəti təhdid edən ən qorxulu epidemiyalar hər zaman son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıblar. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. Bu gün də bəşəriyyət yeni bir ağır yoluxucu xəstəliyin, COVİD-19 pandemiyasının ciddi təhdidi ilə üz-üzədir. Bu təhdidin aradan qaldırmanın yeganə yolu da məhz vaksinasiyadır. Əminəm ki, Azərbaycan xalqı dövlətimiz və millətimiz üçün həyati əhəmiyyət kəsb edən bu vacib məsələ də sarsılmaz həmrəylik nümayiş etdirərək ən qısa zamanda kütləvi vaksinasiyanı başa çatdıracaq.”

ABŞ kosmosun tədqiq olunmasında öz həmfikirləri ilə əməkdaşlıq etmək istəyir - General Con Reymond
ABŞ kosmosun tədqiq olunmasında öz həmfikirləri ilə əməkdaşlıq etmək istəyir - General Con Reymond
"Netflix"in işində qüsurlar yaranıb
"Netflix"in işində qüsurlar yaranıb
Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazar yaradır
Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazar yaradır
Loading Bars
Xəbər lenti
Parisdən cənuba gedən sürət qatarlarının hərəkəti dayandırılıb
Azərbaycan triatlonçusu Rostislav Pevtsov "Tokio-2020"də mübarizə aparıb
Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO)
Tunis prezidenti ölkə parlamentinin fəaliyyətinin dayandırıldığını elan edib
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
Türkiyədə son sutkada koronavirusdan 5 211 nəfər sağalıb
İspaniyalı motoyarışçı Milian turnir zamanı qəzada həlak oldu
Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic edib
Şahmat üzrə Dünya kuboku: Vasif Durarbəyli səkkizdəbir finalda heç-heçə edib
Çində körpü çöküb, ölənlər var
Bakıda transformator yanıb
Basketbol üzrə ABŞ yığması Olimpiada çərçivəsində son 17 ildə ilk dəfə məğlub olub
Prezident İlham Əliyev Serbiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)(YENİLƏNİB)
Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Fransada 71 etirazçı saxlanılıb
Yerevanın təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə qarşılaşdıracaq - Ömər Çelik
Vətəndaşlara xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş şəxs ekstradisiya olunub - Baş Prokurorluq
Qazax sakinində “patı” aşkarlanıb
Samuxda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub (FOTO)
Olimpiya medalçılarına 30 saniyəlik maskanı çıxarmağa icazə verildi
Qəbələdə şadlıq sarayının sahibi 4 min manat cərimələnib
Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Xorvatiyada avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
Göyçay sakinindən “patı”, heroin və metadon həbləri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda daha 386 nəfər koronavirusa yoluxub
Şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım mərasimi keçirilib (FOTO)
Cəbrayıl şəhərciyində və Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib
Rusiyada koronavirusa daha 24 min nəfər yoluxub
Bərdə və Beyləqan sakinlərindən narkotik aşkar edilərək götürülüb
Hacıqabulda şadlıq sarayının icarədarı 4000 manat cərimə olundu (FOTO)
Yevlaxda əməliyyat keçirilib, “patı”, heroin və psixotrop həblər götürülüb
Gürcüstanda zəlzələ olub
İranda daha 27 min nəfər koronavirusa yoluxub, 268 nəfər ölüb
FHN Badamdar qəsəbəsində baş verən yanğınla bağlı məlumat yayıb
Türkiyə ordusu Suriyanın şimalında 7 terrorçunu məhv edib
Lənkəranda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (FOTO)
Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Göyçayda toy sahibi cərimələnib (FOTO)
Gürcüstanda daha 2 061 nəfər koronavirusa yoluxub
Salyanda karantin qaydalarını pozan şəxslər cərimələnib (FOTO)
Masallıda karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib (FOTO)
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevin qələbə və inkişafa hədəflənmiş xarici siyasəti - TƏHLİL
Zaqatalada polis “patı”əməliyyatı keçirib, keçmiş məhkum saxlanılıb (FOTO)
Əfqanıstan ordusu bir sutka ərzində 175 "Taliban" üzvünü zərərsizləşdirilib
DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb
Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Saatlıda toyda icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib (FOTO)
Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 6 631 nəfər yoluxub
Şirvanda şadlıq evlərində reyd keçirilib (FOTO)
Dünya çempionumuz Tokio-2020-yə qələbə ilə başlayıb
UNESKO avtotunelin inşa ediləcəyi təqdirdə Stounhedcin Dünya irsi obyekti statusunu ləğv edə bilər
Hindistanın paytaxtında koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır
Azərbaycan gimnastı Marina Nekrasova Tokio Olimpiadasında təsnifat mərhələsində çıxış edib
Azərbaycanda quraqlıqla mübarizə üçün sudan necə istifadə edilməlidir? - Alimdən açıqlama
Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib
Marina Nekrasova Tokio Olimpiadasında dayaqlı tullanma üzrə çıxış təqdim edib
Fransada meşə yanğınları 800 hektar ərazidə bitkiləri məhv edib
Azərbaycan gimnastı Tokio Olimpiadasında xalça üzrə sərbəst hərəkətlərdə çıxış edib
Marina Nekrasova Tokio Olimpiadasında gimnastika tiri üzərində çıxış təqdim edib
Azərbaycan gimnastı Tokio Olimpiadasında müxtəlif hündürlüklü qollarda çıxış edib
Tokio-2020: Azərbaycan gimnastı Marina Nekrasova mübarizəyə qoşulur
Güclü yağışlar Belçikanın cənubunda yeni daşqınlara səbəb oldu
Bağdadda onlarla dinc sakinin həyatına son qoyan partlayışın təşkilatçıları saxlanılıb
ABŞ-da konsert zamanı atışma olub, ölənlər var
"Fərat Qalxanı" əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub
Badamdar qəsəbəsində baş verən yanğın söndürülüb
Ərəb koalisiyası husilərin üç minalanmış dronlarını dəf edib
İranın yeni prezidenti ilə Oman sultanı arasında telefon danışığı baş tutub
Türkiyədə son sutkada koronavirusdan 5 383 nəfər sağalıb
Təhsil naziri müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib
Fransada sanitar buraxılış vərəqələrinə qarşı mitinqlərə 160 min sakin qoşulub
TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı məlumat yayıb
“Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur - Leyla Abdullayeva
Hankook Tire Cənubi Koreyada zavodunun işini dayandırır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 412 nəfər koronavirusa yoluxub
Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 58-ə yüksəlib
Danimarkada Azərbaycan diasporunun fəal üzvü dünyanın ən məhsuldar alimi seçilib
Xalq artisti Səməd Səmədov vəfat edib
Kamerunda hərbi bazaya hücum: 7 hərbçi öldürülüb
“ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi” adlı layihəyə start verilib (FOTO)
Sakit okeanda 6,1 bal gücündə zəlzələ baş verib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə verilməsi üçün müraciət ediblər
Cəbrayıl rayonunun Sofulu kəndi (VİDEO)
"Azercell" Milli Olimpiya Komandasına uğurlar arzulayır (FOTO)
Toylarda monitorinqlər: 83 nəfər cərimələnib, 741 nəfər şənliyə buraxılmayıb
Azərbaycan gimnastı Yay Olimpiya oyunlarında təsnifat mərhələsində iştirak edib
Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb
Sərhəddə baş verən təxribatlara görə bütün məsuliyyət tam olaraq Ermənistanın üzərindədir - Naqif Həmzəyev
Azərbaycan gimnastı Yay Olimpiya oyunlarında mübarizəyə qoşulur
Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb
Polis bir neçə şəhər və rayonda əməliyyat keçirdi: "Patı" satanlar saxlanıldı (FOTO/VİDEO)
İranda daha 259 nəfər koronavirusdan ölüb
"S&P" Azərbaycanın kredit reytinqlərini "stabil" səviyyədə saxlayıb
Bütün xəbərlər