...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 5 İyul 2021 18:42 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 769 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 294, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 475 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 793 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 345 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 448 162 təşkil edir.

Xəbər lenti

Xəbər lenti