...

146 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 14 İyul 2021 16:23 (UTC +04:00)
146 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycanda koronavirus infeksiyasına daha 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1 668 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 test aparılıb.

Xəbər lenti

Xəbər lenti