...

Azərbaycan taksi xidmətlərinin ucuzluğuna görə dünyada lider mövqelərdədir

Cəmiyyət Materials 15 İyul 2021 20:31 (UTC +04:00)
Azərbaycan taksi xidmətlərinin ucuzluğuna görə dünyada lider mövqelərdədir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda taksi dünyada ən ucuz xidmətlərdən biridir.

Trend bu barədə "Numbeo" məlumatlar bazasının reytinqinə istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,44 dollar təşkil edir.

Taksi xidmətlərinin ən bahalı olduğu ölkə isə İsveçrədir. Burada bir kilometr məsafə üçün qiymət 4,15 dollar təşkil edir. Yaponiyada sərnişinlər bir kilometr üçün 3,63 dollar, Salvadorda isə 3 dollar təşkil edir.

MDB məkanında Özbəkistanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,2 dollar, Rusiyada 0,23, Qazaxıstanda 0,35 dollara bərabərdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti