...

Ağdaşda qaydaları pozan şadlıq sarayı aşkarlanıb

Cəmiyyət Materials 23 İyul 2021 16:45 (UTC +04:00)
Ağdaşda qaydaları pozan şadlıq sarayı aşkarlanıb

Bakı. Çingiz Səfərli - Trend:

22 iyul 2021-ci il tarixdə Ağdaş rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən "İnci” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti