...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 23 İyul 2021 18:42 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 734 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 720, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 014 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 461 701, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 616 230, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 845 471 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti