...

Yoluxma sayı 5 faizə qədər artıb - Yaqut Qarayeva

Cəmiyyət Materials 26 İyul 2021 15:05 (UTC +04:00)
Yoluxma sayı 5 faizə qədər artıb - Yaqut Qarayeva

Bakı. Çingiz Səfərli - Trend:

Son zamanlar koronavirus testləri ilə bağlı pozitiv nəticələrin payı 5 faizə qədər yüksəlib.

Trend-in məlumatına görə, bunu Operativ Qərargahın növbəti brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, qeyri-iş günlərində bəzi hallarda yolxma sayı aşağı düşür, bu da test nəticələri ilə əlaqədardır. Lakin bu rəqəmlər bizi aldatmamalı, daim diqqətli olmalıyıq:

"30-39 yaşlarda yoluxmanın yüksək olduğunu görürük. Cins nisbəti də təxminən eynidir. Ən çox yoluxma Bakıda, Binəqədi rayonundadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti