...

Tovuzda 44 adda istifadə müddəti bitmiş məhsul satan mağaza aşkarlanıb

Cəmiyyət Materials 28 İyul 2021 15:28 (UTC +04:00)
Tovuzda 44 adda istifadə müddəti bitmiş məhsul satan mağaza aşkarlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Tovuz rayonu, İbrahim Hacılı kəndində qanunsuz fəaliyyət göstərən ərzaq satışı mağazasına baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi üzrə dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub.

Belə ki, mağazada ümumi çəkisi 153 kq olan 44 adda, müxtəlif çeşiddə istifadə müddəti bitmiş yeyinti məhsullarının (şirniyyat, meyvə şirəsi, qazlı içki, konservləşdirilmiş balıq məhsulu və şokolad yağı) satışının həyata keçirildiyi aşkar edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız 153 kq qida məhsulunun satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti