...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 30 İyul 2021 16:18 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 87 286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 183 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 885 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 827 855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 057 717 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti