...

Bu fənlər üzrə müəllimlərin vakansiya seçimi sabah yekunlaşır

Cəmiyyət Materials 12 Avqust 2021 09:48 (UTC +04:00)
Bu fənlər üzrə müəllimlərin vakansiya seçimi sabah yekunlaşır

Bakı. Çingiz Səfərli - Trend:

Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi davam edir.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlərin bu mərhələdə iştirak hüququ var.

Namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti