...

"Semaşko"nun fəaliyyəti niyə dayandırılıb? - AÇIQLAMA

Cəmiyyət Materials 23 Avqust 2021 17:55 (UTC +04:00)
"Semaşko"nun fəaliyyəti niyə dayandırılıb? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) fəaliyyətini dayandırıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq xəstəxanadan bildirilib.

Məlumata görə, Kliniki Tibbi Mərkəzdə doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi, eyni zamanda ümumi reanimasiya, intensiv terapiya şöbəsinin də fəaliyyəti koronavirusla mübarizə səbəbindən dayandırılıb.

Hazırda Kliniki Tibb Mərkəz olaraq hemodializ xəstələrinə, toksikoloji xəstələrə xidmət göstərilir və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatlar yerinə yetirilir.

1 saylı Kliniki Tibbi Mərkəz 19 avqustdan Covid-19 xəstəxanası kimi fəaliyyətə başlayıb. Həmin tarixə qədər xəstəxanada 31 qeyri-koromavirus xəstəsi var idi. Onların bir qismi evə yazılıb, bir qismi isə cərahhi korpusda müalicəsi başa çatanadək saxlanılıb və daha sonra evə göndərilib. Bütün proseslər mərhələli şəkildə, tibbi qaydalara uyğun olaraq həyata keçirilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti