...

Qabiliyyət imtahanlarında kütləvilik müşahidə olunur - DİM sədri

Cəmiyyət Materials 25 Avqust 2021 15:53 (UTC +04:00)
Qabiliyyət imtahanlarında kütləvilik müşahidə olunur - DİM sədri

Bakı. Çingiz Səfərli - Trend:

Qabiliyyət tələb edən ixtisaslarda imtahanlar gərgin keçir, kütləvilik müşahidə olunur.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, kütləvilik müşahidə olunan imtahanlardan bəzilərinin statistikasını açıqlayıb: "Bakıda xanəndəlik-vokal ixtisası üzrə 45 yerə 85 nəfər, instrumental ifaçılıq üzrə 30 yerə 116 nəfər, məşqçilik ixtisası üzrə 1250 yerə 1898 nəfər, fiziki tərbiyə və çağırışa qədər hazırlıq üzrə 380 yerə 1944 nəfər imtahana buraxılıb.

Həmçinin, Bakı üzrə dekorativ tətbiqi sənət üzrə 80 yerə 430 nəfər, rəngkarlıq üzrə 35 yerə 59 nəfər, qrafika üzrə 22 yerə 83 nəfər, təsviri-incəsənət müəllimliyi üzrə 245 yerə 556 nəfər, dizayn üzrə 310 yerə 596 nəfər imtahana buraxılıb. Heykəltaraşlıq üzrə isə imtahanlar nisbətən daha az gərgin keçir. Belə ki, bu ixtisas üzrə 10 yer üçün 11 nəfər məqbul qiymət alıb".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti