...

Azərbaycanda yeniyetmələrə hansı vaksin vurulacaq?

Cəmiyyət Materials 7 Sentyabr 2021 09:31 (UTC +04:00)
Azərbaycanda yeniyetmələrə hansı vaksin vurulacaq?

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi bu barədə qərarlar qəbul edib.

Qeyd edək ki, indiyə qədər yaşı 18-dən yuxarı olan şəxslər vaksinasiyaya cəlb olunurdu.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 236 381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 359 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 644 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti