...

Azərbaycanda 740 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb

Cəmiyyət Materials 20 Sentyabr 2021 18:31 (UTC +04:00)
Azərbaycanda 740 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb, 2 442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 473 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 537 nəfər müalicə olunaraq sağalıb, 6 327 nəfər vəfat edib, aktiv xəstə sayı 30 595 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 103, ötən müddət ərzində isə ümumilikdə 4 751 264 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti