...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 27 Sentyabr 2021 16:38 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 630 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 350 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 713 775, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 636 800 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti