...

Prokurorluq işçiləri şəhid və qazi ailələrini ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2021 10:47 (UTC +04:00)
Prokurorluq işçiləri şəhid və qazi ailələrini ziyarət ediblər (FOTO)

Bakı. Samir Əli - Trend:

27 Sentyabr - Anım günü və 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə I və II Qarabağ müharibələrində iştirak etmiş şəhid və qazi ailələri prokurorluq işçiləri tərəfindən ziyarət edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 26-28 sentyabr tarixlərdə Baş Prokurorluğun işçiləri hər bir şəhid və döyüşlərdə yaralanmış qazi ailəsinin üzvləri ilə görüşərək onların dərdlərinə şərik olub, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün qəhrəmanlıqlarından danışıblar.

Ziyarətin yekununda xatirə fotoşəkilləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti