...

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı "online" qəbul zamanı səsləndirilən müraciətlə yerində tanış olub (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2021 16:30 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı "online" qəbul zamanı səsləndirilən müraciətlə yerində tanış olub (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Çaxçaxlı kəndində olub və yerli sakinlərlə görüşüb. Vətəndaşlar kənd daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi və fərdi yaşayış evlərinə stasionar telefonların çəkilişi ilə bağlı müraciətlər səsləndiriblər.

Elnur Rzayev vətəndaşların bütün təkliflərini dinləyib, qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Çaxçaxlı kəndi ərazisində mövcud olan balıqartırma müəssisəsinin fəaliyyəti ilə də tanış olub. Orada yetişdirilən balıq məhsullarının satışı ilə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti