...

Ölkə üzrə payız ağac əkininə başlanılıb (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2021 14:57 (UTC +04:00)
Ölkə üzrə payız ağac əkininə başlanılıb (FOTO)

Bakı. Fərid Zöhrabov -Trend:

IDEA İctimai Birliyinin təşəbbüsü ilə başladılan, ETSN-in təşkilatçılığı ilə keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində ölkə üzrə payız ağac əkininə start verilib.

Trend xəbər verir ki, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, payız ağac əkini ilə əlaqədar Bakı və Abşeronda, eləcə də bütün regionlarda genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir.

“Yaşıllıqların genişləndirilməsinə töhfə vermək məqsədilə hər kəsi, ictimaiyyət nümayəndələrini, tərəfdaşlarımızı, bütün təbiətsevərləri ağacəkmə tədbirlərində fəal iştiraka dəvət edirik və yaz ağac əkinində olduğu kimi bu dəfə də onlardan dəstək gözləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti