...

AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb

Cəmiyyət Materials 26 Oktyabr 2021 12:33 (UTC +04:00)
AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb

Bakı. Trend:

Azərbaycan Təhsil Şəbəkəsinin operatoru AzEduNet şirkəti və İT STEP Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu memorandumun imzalanması tərəflər üçün müasir cəmiyyətdə, təhsil və sənayedə informasiya texnologiyalarının inkişafı sahəsində əməkdaşlığa, Azərbaycan təhsilin informasiyallaşması sahəsində və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi geniş imkanlar yaradır.

Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Xəbər lenti

Xəbər lenti