...

İmişlidə azyaşlı qızda hamiləlik faktı aşkar edilməsinə dair cinayət işi açılıb

Cəmiyyət Materials 29 Oktyabr 2021 18:42 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İmişli Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti