...

Dağlıq və dağətəyi rayonlarda istiliyin verilməsinə başlanılıb

Cəmiyyət Materials 1 Noyabr 2021 09:37 (UTC +04:00)
Dağlıq və dağətəyi rayonlarda istiliyin verilməsinə başlanılıb

Bakı. Çingiz Səfərli - Trend:

Respublikanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən hər il noyabrın 1-də dağlıq və dağətəyi rayonlarında istiliyin verilməsinə başlanılır.

Digər ərazilərdə və Bakıda isə istilik mövsümü noyabrın 15-dən başlayır.

Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti