...

"Qarabağ Zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları" mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2021 15:45 (UTC +04:00)
"Qarabağ Zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları" mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 1-də Bakı Slavyan Universitetinin (BSU) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə "Qarabağ Zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları" mövzusunda konfrans keçirilib.

BSU-dan Trend-ə bildirilib ki, konfransda açılış nitqi ilə çıxış edən BMTM-nin İdarə Heyətinin sədri,tarix üzrə elmlər doktoru Fərid Şəfiyev və BSU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev konfransın müasir dövrümüz üçün aktual əhəmiyyət kəsb edən mövzuya həsr olunduğunu bildirərək konfrans iştirakçılarına uğurlar arzulayıblar.

Sonra konfrans öz işini 2 paneldə davam etdirib. Fərid Şəfiyevin moderatorluğu ilə "Müharibə sonrası regionda geosiyasi vəziyyət" adlı I paneldə BMTM-nin şöbə müdirləri Cavid Vəliyev, Fuad Çıraqov, BSU-nun müəllimi Ləman Qarayeva, Anar Nağıyevin moderatorlugu ilə "Regional əməkdaşlığın perspektivləri" adlı II paneldə isə BMTM-nin eksperti Orxan Bağırov, BSU-nun müəllimləri Şəhla Nuruzadə, Zümrüd Məlikova mövzu ilə bağlı maraqlı çıxışlar ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibədən sonrakı dövrdə region üçün təklif etdiyi yeni əməkdaşlıq perspektivləri, Zəngəzur dəhlizinin region ölkələrinin inkişafı üçün yaratdığı imkanlar təhlil edilib. Postmüharibə dövründə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə toxunulub, bu xüsusda qarşıya çıxa biləcək problemlərin həlli yolları müzakirə edilib. Region üçün sabit əməkdaşlığa yol açan və gələcəkdə münaqişələrin baş qaldırması riskini azaldan 3+3 formatıının əhəmiyyəti vurğulanıb.

Konfrans maraqlı və səmərəli müzakirələrlə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti