...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 4 Noyabr 2021 15:37 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 041 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 746, buster doza üzrə vaksinasiya olunanların sayı isə 28 712 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 798 866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 980 307, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 406 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 411 748 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti