...

Azərbaycanla Belarus cinayət işlərinin araşdırılması istiqamətində əməkdaşlığı təkmilləşdirəcək - Dmitri Qora

Cəmiyyət Materials 17 Noyabr 2021 12:32 (UTC +04:00)
Azərbaycanla Belarus cinayət işlərinin araşdırılması istiqamətində əməkdaşlığı təkmilləşdirəcək - Dmitri Qora

Bakı. Xaqan İsayev - Trend:

Biz Azərbaycan Baş Prokurorluğu ilə Belarusun İstintaq Komitəsi arasında münasibətləri təkmilləşdirmək və işimizi praktiki müstəviyə keçirmək niyyətindəyik.

Bunu Trend-ə İstintaq Komitəsinin sədri Dmitri Qora deyib.

O qeyd edib ki, noyabrın 16-da Bakıda İstintaq Komitəsinin İxtisasartırma və yenidən hazırlıq institutu ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Dünənki səfər çərçivəsində konkret elmi istiqamətlər, xüsusilə tədris fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Bu kontekstdə Azərbaycan Baş Prokurorluğunun böyük təcrübəsi var. Bu təcrübəni, bilikləri bizim müstəntiqlərə vermək lazımdır. Bizim qurumlarımızın gələcəyi bundan asılıdır", - deyə D.Qora bildirib.

Onun sözlərinə görə, memorandum elm və tədris sahələri üzrə əsas istiqamət və yanaşmaları müəyyən edir.

"Digər məsələlər işgüzar qaydada həll olunur. Biz bir çox istiqamətlər üzrə, o cümlədən elmi ədəbiyyat və elmi işlər üzrə təcrübə mübadiləsi aparırıq", - deyə o əlavə edib.

Belarus İstintaq Komitəsinin sədri qurumun həm Azərbaycan Baş Prokurorluğu ilə ümumi əməkdaşlıй, həm də konkret cinayət işlərinin araşdırılması istiqamətində əməkdaşlıq perspektivlərini vurğulayıb:

"İndi cinayətkarlıq beynəlxalq xarakter daşıyır. Bizi ilk növbədə heç bir sərhəd tanımayan kibercinayətkarlıq maraqlandırır. Fikrimcə, bu istiqamətdə də əməkdaşlığımızı inkişaf etdirəcəyik".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti