...

Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir

Cəmiyyət Materials 27 Noyabr 2021 09:56 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir

Bakı. Trend:

26-27 noyabr 2021-ci il tarixlərində Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uzman uşaq cərrahı Vüsal Cəfərov Türkiyənin istanbul şəhərində “Uşaqlarda döş qəfəsi deformasiyalarının cərrahi və qeyri-cərrahi – vakuum üsulu ilə müalicəsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir. Konfransda dünyanın müxtəlif ölkələrinin aparıcı tibb müəssisələrinin yüksəkixtisaslı torakal və uşaq cərrahları iştirak edirlər.

Tədbirdə uşaqlarda döş qəfəsinin deformasiyasının səbəbləri, formaları və bu xəstəliyin həm cərrahi, həm də qeyri-cərrahi yolla aradan qaldırılması, vakuum üsulu ilə xəstəliyin müalicə yolları və digər aktual məsələlər bardə beynəlxalq ekspertlər təqdimatlarla çıxış edirlər. İki gün davam edəcək konfransda həmçinin, Poland sindromu, qarışıq deformasiyalarda cərrahi müdaxilə, mürəkkəb vəziyyətlərdə Nuss əməliyyatı, döş qəfəsinin skoliozla əlaqəsi, döş qəfəsində Abramson əməliyyatı, döş qəfəsində deformasiya vaxtında müalicə olunmadıqda yaranan fəsadlar və s. kimi maraqlı mövzular ətrafında məruzələr dinləniləcək.

Konfransda çıxışlar ətrafında verilən suallar cavablandırılır, iştirakçılar arasında maraqlı ünsiyyət qurularaq, təcrübə mübadiləsi aparılır. Həmçinin, konfransın birinci günü Prof. Dr.Mustafa yüksel və Prof. Dr. Nürettin Yiyit tərəfindən icra olunan iki Nuss və bir Bar Çek əməliyyatları canlı olaraq izlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti