...

İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2021 14:56 (UTC +04:00)
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)

Bakı. Trend:

İordaniya Haşimilər Krallığının “əs-Simakiyyə” orta məktəbinin təşəbbüsü və təşkilatçılığı ilə müəssisənin yuxarı sinif şagirdləri üçün onlayn formatda keçirilən elmi seminarda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dos. İlkin Əlimuradov iştirak edib.

Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Malayziyadan olan dil və təhsil sahələrinin təcrübəli mütəxəssislərinin iştirakı ilə baş tutub. Beynəlxalq səviyyəli görüşdə İ.Əlimuradov müstəqilliyimizin bərpasından sonra ölkəmizdə din təhsili üçün yaradılmış geniş imkanlardan, 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) nəzdində İlahiyyat fakültəsinin yaradılmasından, 2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həmin fakültənin bazasında Azərbaycan İlahiyyat İnstitutunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis olunmasından bəhs edib.

İ.Əlimuradov zəngin söz ehtiyatına, beynəlxalq dil statusuna malik olan, eləcə də müsəlmanlar üçün xüsusi əhəmiyyət kəsb edən ərəb dilinin ölkəmizdə müvafiq ali təhsil müəssisələrində və bəzi humanitar təmüyüllü liseylərdə tədris olunduğunu qeyd edib. Çıxış əsnasında ərəb dili ilə ilk tanışlığından, bu sahə üzrə təhsil alarkən qarşısına çıxan çətinliklərdən və üzləşdiyi məsələlərin öhdəsindən necə gəlməsindən ətraflı bəhs edib.

Dos. İ.Əlimuradov daha sonra ərəb dilinin təlimini asanlaşdırmaq istiqamətində əldə etdiyi təcrübəni seminar iştirakçıları ilə bölüşüb.

Seminarın sonunda şagirdlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, “əs-Simakiyyə” orta məktəbinin şagirdləri ərəb dilini öyrənmək istəyən azərbaycanlı şagirdlərə və tələbələrə ünsiyyət dilinin inkişafında kömək etməyə hər zaman hazır olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti