...

DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 Dekabr 2021 11:38 (UTC +04:00)
DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Beyləqan. Trend:

Helikopter qəzasında həlak olan hərbi qulluqçulardan biri, DSX-nin zabiti, şəhid baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonun Şərq kəndinə gətirilib.

Trend-in yerli bürosunun məlumatına görə, şəhidin cənazəsi izdihamla qarşılanıb. Kənd meydanında cənazə namazı qılınıb.

Şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində rəsmi şəxslər, şəhidin yaxınları və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Şəhid hərbçilərdən 11-i ötən gün Bakıda ikinci Şəhidlər Xibanında dəfn olunub. 3 şəhid hərbçi isə ailələrinin istəyi ilə doğulduqları ərazidə torpağa tapşırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti