...

Postpandemiya dövründə də ən çox təsirə məruz qalanlar əlillərdir - Vladanka Andreyeva

Cəmiyyət Materials 3 Dekabr 2021 10:57 (UTC +04:00)
Postpandemiya dövründə də ən çox təsirə məruz qalanlar əlillərdir - Vladanka Andreyeva

Bakı. Çingiz Səfərli - Trend:

Postpandemiya dövründə də ən çox təsirə məruz qalanlar əlilliyi olan şəxslərdir.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva əlilliyi olan şəxslərin beynəlxalq günü münasibəti ilə "Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın" mövzusunda təşkil olunan konfransda deyib.

Onun sözlərinə görə, əlilliyi olan şəxslər diskriminasiya olunurlar və istismara məruz qalırlar.

"Pandemiya dövründə əlilliyi olan şəxslərin fəaliyyəti ilə bağlı risklər dəfələrlə artıb", - deyə o bildirib.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Assambleyası dekabrın 3-nün "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti