...

Azərbaycanda 585 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb

Cəmiyyət Materials 6 Dekabr 2021 17:36 (UTC +04:00)
Azərbaycanda 585 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 521 nəfər müalicə olunaraq sağalıb, 7 983 nəfər vəfat edib, aktiv xəstə sayı 23 469 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 385, ötən müddət ərzində isə ümumilikdə 5 608 158 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti