...

İrandan idxal edilən duz yararsız çıxdı

Cəmiyyət Materials 22 Dekabr 2021 17:35 (UTC +04:00)
İrandan idxal edilən duz yararsız çıxdı

Bakı. Çingiz Səfərli - Trend:

İran İslam Respublikasından idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Babayeva Kəmalə Telman qızı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal olunan 134 ton “Co.kasra bolor arya” şirkətinə məxsus duz məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti