...

FHN əməkdaşlarının maaşları 20 faiz artırıldı

Cəmiyyət Materials 1 Yanvar 2022 04:55 (UTC +04:00)
FHN əməkdaşlarının maaşları 20 faiz artırıldı

Bakı. Humay Ağacanova - Trend:

Yanvarın 1-dən FHN əməkdaşlarının maaşları 20 faiz artırıldı.

Trend xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti