...

BDU-nun əməkdaşı vəfat edib

Cəmiyyət Materials 30 Dekabr 2021 11:44 (UTC +04:00)
BDU-nun əməkdaşı vəfat edib

Bakı. Çingiz Səfərli - Trend:

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin baş mütəxəssisi Mirzəyev Əmirxan Nizam oğlu vəfat edib.

BDU-dan Trend-ə verilən məlumata görə, 72 yaşında dünyasını dəyişən Ə. Mirzəyev 1974-1978-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Elmi Tədqiqat İnstitutunda mütəxəssis, 1978-ci ildə BDU-nun Elmi-tədqiqat bölməsinə böyük elmi işçi, 1992-1994-cü illərdə Humanitar fakültələr üzrə prorektor müavini, 1994-1998-ci illərdə Elmi Tədqiqat Hissəsində böyük elmi işçi vəzifəsində çalışıb. 1998-2019-cu illərdə Elmi işlər üzrə prorektor müavini, 2019-cu ildən Elmi fəaliyyətin təşkili və informasiya mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti