...

Azərbaycanda 553 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib

Cəmiyyət Materials 5 Yanvar 2022 16:30 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 055 nəfər müalicə olunaraq sağalıb, 8 409 nəfər vəfat edib, aktiv xəstə sayı 7 454 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 527, ötən müddət ərzində isə ümumilikdə 5 899 183 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti