...

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçiriləcək

Cəmiyyət 17 Yanvar 2022 19:17
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 6 yanvar tarixindən başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı (bu həftə çərşənbə günü) saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2022-ci ilin 19 yanvar tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti