...

Azad edilmiş ərazilərə avtobus səfərləri üçün yaradılan portal işə düşüb

Cəmiyyət 21 Yanvar 2022 13:00 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan yolumuzqarabaga.az portalı bu gündən işə düşüb.

Trend xəbər verir ki, yolumuzqarabaga.az saytını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Elektron Hökumətin İnkişafı Mərkəzinin texniki dəstəyi ilə yaradılıb.

18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti