Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin əməkdaşı Tural Cəfərlinin yeni kitabı işıq üzü görüb. “44 gün Zəfərə doğru” adlı kitabda 44 günlük Vətən müharibəsinin xronologiyası, baş verən döyüşlər və hərbi əməliyyatlar öz əksini tapıb, Azərbaycan ordusunun uğurlu nəticələri, xüsusi təyinatlı qüvvələrin həlledici rolu və müharibənin yekunu olaraq 10 noyabr bəyanatının müddəaları yer alıb.
Eyni zamanda müharibənin gedişi zamanı beynəlxalq aləmin baş verənlərə reaksiyaları, dünya media qurumlarının hadisələri müxtəlif prizmalardan işıqlandırması öz əksini tapıb.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.