...

Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Cəmiyyət Materials 29 Yanvar 2022 13:13 (UTC +04:00)
Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Bakı. Fərid Zöhrabov - Trend:

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Trend-ə bildirib ki, araşdırma zamanı brakonyerin Ağcabədi şəhər sakini Elçin Mustafayev olduğu müəyyən edilib.

“Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə milli parkın İsmayıllı bölməsinin ərazisində mühafizə rejimini pozan İsmayıllı rayon sakini Tərlan Qormuqov saxlanılıb”.

Xidmət rəsmisinin sözlərinə görə, hər iki faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti