...

Sürücülərin nəzərinə: Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz

Cəmiyyət Materials 1 Fevral 2022 12:34 (UTC +04:00)
Sürücülərin nəzərinə: Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti