...

Bakının bu hissələrində su kəsiləcək

Cəmiyyət Materials 11 Fevral 2022 18:02 (UTC +04:00)

Bakı. Trend:

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 11 fevral 2022-ci il tarixində axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşanadək Bakı şəhəri Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə "Azərsu" ASC-dən bildirilib.

Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti