Bakı. Trend:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 749 yeni yoluxma faktı qeydə alınıb, 3 971 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 747 918 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 690 059 nəfər müalicə olunaraq sağalıb, 9 077 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.
Ölkədə son sutka ərzində 8 251, hazırkı dövrədək isə 6 398 476 test aparılıb.