...

Ötən il bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində protokol tərtib edilib

Cəmiyyət Materials 16 Fevral 2022 15:31 (UTC +04:00)
Ötən il bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində protokol tərtib edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən il Azərbaycanda bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

Trend-in xəbərinə görə, bu barədə məlumat Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əks olunub.

Sənəddə qeyd edilib ki, həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokol isə baxılmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti