...

Azərbaycanda yeni körpələr ən çox bu zonalarda doğulub

Cəmiyyət Materials 16 Fevral 2022 16:21 (UTC +04:00)
Azərbaycanda yeni körpələr ən çox bu zonalarda doğulub

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112 284 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib.

Trend-in məlumatına görə, körpələrdən 2 958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulanlardır.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6), Dağlıq Şirvan (13,4), Quba-Xaçmaz (12,6), Lənkəran-Astara (12,5), Şərqi Zəngəzur (12,3), Qazax-Tovuz (12,2), Şirvan-Salyan (12,2), Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti