Bakı. Humay Ağacanova - Trend:
Virusa yoluxan şəxslərin məlumatları sistem üzərindən yoxlanılacaq.
Trend-in məlumatına görə, bunu DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyənlər üçün sentyabr ayında buraxılış imtahanları təşkil olunacaq. Onlara yenidən imtahanda iştirak etmək şansı yaradılacaq.